Şuşaya həsr olunmuş ensklopediya hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2023-cü illər ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına
Şuşaya həsr edilmiş ensiklopediyanın nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi tapşırılıb.
Eyni zamanda 2022-ci il ərzində Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi“ Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa” portalını yaradacaq.