01 mart 2022 14:01
1187

Mədəniyyət Nazirliyinin Aparatına müvəqqəti rəhbər təyin olunub - FOTO

Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Vüqar Məmmədova həvalə olunub.

“İki sahil” xəbər verir ki, bununla bağlı nazir Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, Vüqar Məmmədov Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiridir.

Xatırladaq ki, Vasif Eyvazzadə ötən ilin dekabr ayında öz istəyi ilə Aparat rəhbəri vəzifəsindən ayrılıb.