01 mart 2022 14:53
1080

Azərbaycanda kreativ sənayenin ÜDM-də payı artıb

Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır.

"İki sahil"in agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, son 10 ildə ölkə ÜDM-штdə kreativ sənayenin payı 2010-cu ildə 3,5%-dən 2021-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,3%-ə çatıb və ya 4,020 mlrd. manat təşkil edib.

Qeyd edilir ki, hazırda bu göstərici inkişaf etmiş ölkələr səviyyəsindədir. Müəlliflik hüququna əsaslanan sahələr isə on il ərzində 1,8%-dən 2,9%-ə çatıb və ya 2,157 mlrd. manat təşkil edib.