02 mart 2022 13:41
1606

Avropada qazın qiyməti 2230 dollar oldu YENİLƏNİB

Son bir neçə dəqiqə ərzində Avropada təbii qazın min kubmetr üçün qiyməti daha 130 dollar bahalaşaraq 2230 dollar olub.

***

Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarını ötüb.

Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 866,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə (1 396,5) 33% çoxdur.

***

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 600 ABŞ dollarını ötüb.

2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 607 dollar təşkil edib, bu da gün ərzində 15% artım deməkdir.

XXX

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 480 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, 1 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 476 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 30,3% çoxdur.

Qeyd edək ki, gün ərzində Avropada qazın qiyməti 1 470 dollara kimi yüksəlib.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.