Amerikanın daha bir yayım şirkəti filmlərinin Rusiyada yayımını dayandırıb.
“İki sahil” xəbər verir ki, “Universal Pictures” bu addımı atmaqla yanaşı nəzərdə tutulan premyeraları belə ləğv edib. Bu barədə “The Holywood Reporter” məlumat yayıb.
Yayım şirkətindən verilən açıqlamaya görə, qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul edilib.
Qeyd edək ki, sözügedən qadağa digər məşhur yayım şirkətləri - "The Walt Disney Company", “Sony Pictures”, "Warner Bros" tərəfindən də həyata keçirilir.