"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar bu günə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Qeyd edilib ki, reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.