03 mart 2022 10:45
665

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 2 597 min barel azalaraq 413 426 min barel təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 748 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları barədə məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.