03 mart 2022 13:11
1209

Avropada qazın qiyməti 2 000 dolları ötüb - YENİLƏNİB

Bu gün keçirilən hərracların zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 2 000 ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 054,5 dollar təşkil edib, bu da öncəki hesablama göstəricisi (1 900 dollar) ilə müqayisədə 8,1% çoxdur.

XXX

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 997 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 43% çoxdur.

Qeyd edək ki, 2 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 226 dollaradək yüksəlib.