ABŞ-ın "Oracle" korporasiyası dünya üzrə işləyən 150 min əməkdaşı adından Ukraynaya dəstək məqsədilə Rusiya Federasiyasındakı bütün əməliyyatlarını dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə şirkət "Twitter" hesabında yazıb.
"Oracle"ın cavabı Ukraynanın Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorovun sosial media platforması vasitəsilə "Oracle" və SAP-dan dəstək istəməsindən bir neçə saat sonra gəlib.
Xatırladaq ki, "Oracle" təşkilatlar üçün ən böyük proqram təminatı istehsalçısı və server avadanlığının əsas təchizatçısıdır.