04 mart 2022 10:32
689

Avropada qazın qiyməti 1 700 dollardan aşağı səviyyədə qərarlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 692 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10% azdır.

Qeyd edək ki, 3 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 278,95 dollaradək yüksəlib.