04 mart 2022 13:44
721

Masallıda cüdo idman növü üzrə rayon birinciliyi keçirilib - FOTO

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində   5 mart – Bədən Tərbiyəsi və İdman gününə və “İdman həftəsi” çərçivəsində Masallı şəhid cüdoçuların xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə tədbirdə Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Respublikasının Dövlət himni səslədirilib.

Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları və tədbirdə iştrak edən şəhid valideyinlərini salamlamış və tədbirin keçirilməsində əsas məqsədin Masallının şəhid cüdoçularını xatirəsinin əziz tutulması həmçinin idman həftəsi çərçivəsində idmanın kütləviliyinin təmin edilməsi və idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarət olduğunu bildirmişdir.

Tədbirdə şəhid anası Ziba Əsgərova övladlarının xatirəsinə həsr olunmuş tədbirə və onlara  göstərilən diqqət və qayğıya görə  şərəf duyduğunu bildirərək övladlarına necə Vətən  məhəbbəti, Vətən tərbiyəsi öyrətdiyini qeyd edib.

Tədbirdə şəhid valideyinləri Bayram Əsgərov, Rauf Həsənov, Balarəzi Nəhmətov çıxış edərək onlara göstərilən diqqət və qayğya görə öz təşəkkürlərini bildiriblər.

80 nəfərə yaxın idmançının iştrakı ilə təşkil edilən rayon birinciliyi olduqca gərgin və mübarizə şəraitində keçirilib.

Yarışın mükafatlandırılma mərasimində şəhid valideyinləri iştrak edərək bir neçə idmnçının təltif olunmasında iştrak edərək idmançılara diplom və medal təqdim ediblər.

Rayon birinciliyində qalib gəlmiş cüdoçular Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, yarışda iştrak edən şəhid valideyinləri və tədbirin keçirilməsində maddi və mənəvi dəstəyə görə “Masallı Electronic”in rəhbəri Ruslan Bağışov Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Əlihüseyn Şükürov