04 mart 2022 15:39
722

EIA 2050-ci il üçün "Brent" neftinin qiymət proqnozunu azaldıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2050-ci il üçün "Brent" etalon markalı neftin qiymətinin üç ssenari üzrə proqnozunu azaldıb.

Bu barədə “İki sahil” Agentliyin "Annual Energy Outlook 2022" illik hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, maksimal yüksək qiymət ssenari üzrə 2050-ci il üçün "Brent"in bir barelinin ortalama qiyməti 170 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır, bu da öncəki proqnozla (2021-ci ilin fevral ayı) müqayisədə 3 dollar azdır.

Agentliyin baza ssenarisinə görə 2050-ci il üçün "Brent"in qiyməti 90 dollar (öncəki proqnoza görə 95 dollar), aşağı qiymət ssenarisinə görə isə 45 dollar (əvvəlki proqnoza əsasən 48 dollar) səviyyəsində olacağı proqnozlaşdırır.