04 mart 2022 18:25
890

Dua Lipa məhkəməyə verildi

Məşhur müğənni Dua Lipa son mahnılarından "Levitating" mahnısına görə məhkəməlik olub.

“İki sahil” xəbər verir ki, “Artikal Sound System” musiqi qrupu sözügedən mahnının onlara aid olduğunu iddia edib. Qrup mahnının onların 2017-ci ildə yayımladıqları "Live your life"a çox bənzədiyini bildiriblər.

Qrup Los Anceles Federal Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək "Levitating"in plagiat olduğunu vurğulayıblar. Onlar mahnının qazancından kar tələbi ilə çıxış ediblər.

Qeyd edək ki, Dua Lipanın mahnısı "Spotify"də 446 milyon dinlənmə ilə rekord qırıb.