Ukraynanın Rusiya ilə Qomel şəhərində həyata keçirdiyi danışıqlarda ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan Denis Kireyev öldürülüb.
“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy verib.
“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. O, dövlətə xəyanətdə şübhəli bilinib”, - deyə Dubinskiy əlavə edib.
Bununla belə, bu məlumat hələlik rəsmi olaraq təsdiq olunmayıb.
Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel şəhərində danışıqlar keçirilib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib