Bu gün uzunluğu 45 km, eni 26.5 metr olan 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən Bərdə-Ağdam yolunun asfalt örtüyünün çəkilməsi işlərinə başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə paylaşım edib.