07 mart 2022 11:15
836

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,19% artaraq 1 990 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,95% artaraq 26,04 dollar təşkil edib.