07 mart 2022 14:33
1352

Avropada qazın qiyməti 3 600 dolları ötüb - YENİLƏNİB

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti tarixi rekordu yeniləyib.

“İki sahil” xəbər verir ki, 7 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 3 000 dolları ötüb.

Beləliklə Avropada qazın qiyməti 3 639,1 dollar təşkil edib ki, bu da öncə ki hesablama qiyməti (2 170,2 dollar) ilə müqayisədə 67,7% çoxdur.

XXX

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti dünən qeydə alınan rekordu yeniləyib.

“İki sahil” xəbər verir ki, 7 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 600 ABŞ dollarının ötüb.

Beləliklə Avropada qazın qiyməti 2 603,5 dollar təşkil edib ki, bu da öncə ki hesablama qiyməti (2 170,2 dollar) ilə müqayisədə 20% çoxdur.