Rus neftindən imtina dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Baş nazirin müavini Aleksandr Novak deyib.
Novak əlavə edib ki, Rusiya neftindən imtinaya görə xam neftin 1 barelinin qiyməti 300 dolları keçə bilər. Avropa bazarında Rusiya neftini tezliklə əvəzləmək mümkün deyil. Bunun üçün azı 1 il tələb olunur. Rusiya neftinə qadağa yanacağın qiymətində sıçrayışa səbəb ola bilər.
Novak bildirib ki, Avropanın neftinin 30%-ni, başqa sözlə 150 milyon tonunu Rusiya təchiz edir.