08 mart 2022 14:16
746

Ural Hava Yolları Azərbaycana uçuşları dayandırır

“Ural Hava Yolları” martın 8-dən martın 26-dək Azərbaycana uçuşları dayandırıb.

"İki sahil"in məlumatına görə, bu barədə aviaşirkətin məlumatında deyilir.

“Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq, “Ural Hava Yolları” 22.03.22-dən 26.03.22-dək Azərbaycana (Bakı, Gəncə, Lənkəran) uçuşları dayandırır”, - məlumatda deyilir.