09 mart 2022 10:11
616

Daşkənd-Bakı aviareysi bərpa olunub

"Özbəkistan Hava Yolları" aviaşirkəti Azərbaycana uçuşları bərpa edib.

“İki sahil” xəbər verir ki, Daşkənd-Bakı aviareysi həftədə bir dəfə (çərşənbə axşamları) yerinə yetirilir.

Xatırladaq ki, aviaşirkət bu istiqamət üzrə uçuşları koronavirus pandemiyası ilə əlaqədar dayandırmışdı.