09 mart 2022 14:56
1014

Hər bir müğənninin 2 evi, bağı, ola bilsin ki, 2 avtomobili var. Mən də onlardan biriyəm - Ədalət Şükürov

“İşimin 99,9 faizi incəsənətlə bağlıdır. Deməzdim ki, başqa müğənnilərdən nələrləsə fərqlənirəm. Hər bir müğənninin 2 evi, bağı, ola bilsin ki, 2 avtomobili var. Mən də onlardan biriyəm”.

“İki sahil” xəbər verir ki,  bu sözləri Əməkdar artist Ədalət Şükürov “Üzə düz” verilişində deyib. O, xüsusi seçilmədiyini bildirib: “Bir də görürsən, məni yaxından tanıyan adamlar zəng edirlər ki, Ədalət, deyirlər, səndə avtosalon var və s. İnsanlara bu kimi şayiələri yaymaq ləzzət edir. Deyirəm, kim görübsə, gedək baxaq, həmin obyekti onun adına keçirəcəyəm. O söz-söhbətlərə artıq öyrəşmişəm. Müğənnilərin 80 faizinin öz işindən başqa işi yoxdur. Çoxu istədi ki, pandemiyada nəsə etsin, amma alınmadı”.

Şükürov oğlunun müğənni ilə ailə qurmasına icazə verib-verməyəcəyinə münasibət bildirib: “Nəinki müğənni, kimi istəsə, onu alacağam. Mənimlə deyil, onunla həyat sürəcək. Sənətə heç bir dəxli yoxdur. Həkimlər var ki, gecə saat 3-də evə gəlir. Nə olub müğənnilərə? Bizim ailəmiz də, adımız-sanımız da, gözəl övladlarımız da var. Mən nədən narazı olmalıyam ki?!”

O, övladları ilə bağlı maraqlı məqamı açıqlayıb: “Hər kəsə məsləhət görürəm ki, övladlarınızı tanımasınlar. Niyə kimsə mənim oğlumu mənə görə tanımalıdır? Özünə görə tanısınlar. Bu, belə olmalıdır! Ali məktəbdə oxuyanda heç kim bilmirdi ki, onlar mənim övladlarımdır. Qızım Azərbaycan Dillər Universitetini bitirib, diplom alanda hamı xəbər tutdu ki, o mənim qızımdır. Neçə illər həyat yoldaşım ali məktəblərdən birində dərs keçirdi, heç kim bilmirdi ki, o mənim yoldaşımdır. Ali məktəblərdən birinin rektoru dedi ki, Ədalət müəllim, nə zaman istəsəniz, yoldaşınız yenidən müəllim kimi çalışa bilər. Dedim ki, yox”.