10 mart 2022 15:49
728

Türkiyəli aktyor məhkəməlik oldu

Türkiyəli aktyor Murat Cemcir məhkəməlik olub.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, o, yaxın dostu, iş yoldaşı Necati Kocabay tərəfindən məhkəməyə verilib. O, Muraddan ona çatmalı olan haqlarını verməsini tələb edir.

Necati aktyorun şirkətində həm prodüser, həm də idarə heyətinin sədr müavini kimi işləyib. O, martın 1-də Murata istefa ərizəsini təqdim edib. Ona qarşılıqlı razılaşma ilə işdən ayrıldığı ilə bağlı ərizə təqdim olunaraq imzalaması istənilib. Lakin Necati ona çatmalı olan haqların ödənilmədiyini bildirib və imza atmaqdan imtina edib. 

Necati hazırda ödənişi ala bilmək üçün məhkəməyə baş vurub.

Qeyd edək ki, Murat “Kardeş payı” serialı və “Düğün dernek” filmləri ilə məşhurlaşıb.