10 mart 2022 20:47
1084

Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Akademik Milli Dram Teatrında 10 mart Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Azər Paşa Nemətov Azərbaycanda teatr ənənəsinin yaranmasından və inkişafından danışıb.

Daha sonra Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" tamaşaçı nümayiş olunub.

Tamaşada baş rolları xalq artistləri Cəfər Namiq Kamal və Sabir Məmmədovla canlandırıblar.