13 mart 2022 13:21
841

Heyli Biber xəstəxanaya yerləşdirilib

Kanadalı müğənni Castin Biberin model həyat yoldaşı Heyli Biber xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə model sosial şəbəkədə məlumat verib. O bildirib ki, qəfildən halı pisləşib:

"Həyat yoldaşımla səhər yeməyi yeyirdik. Birdən iflic kimi oldum. Hərəkət etməkdə çətinlik çəkdim, xəstəxanaya getdik. Beyin damarımda tıxanıqlıq olub, orqanizmim öz-özünə qan laxtasını təmizləyib. Bir neçə saat sonra isə normal halıma qayıtdım. Həyatımın ən qorxulu anı idi".