Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var.
“İki sahil” xəbər verir ki, bu barədə Bolu valisi Ahmet Ümit bildirib.
O qeyd edib ki, hadisə Anadolu avtomobil yolunun İstanbul istiqamətində Bolu dağı tunelində qeydə alınıb.
Belə ki, içərsində sərnişinlər olan avtobuslar, TIR və minik maşınları toqquşub.
A.Ümitin sözlərinə görə, hadisə zamanı ölən olmasa da, çoxlu sayda insan yaralanıb: “Hazırda təcili tibbi yardım heyəti bölgəyə gedir. Yaralıların olduğunu bilirik”.
Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib
Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər