Azərbaycanda son sutkada koronavirus (COVID-19) 92 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, “buster” doza ilə peyvənd olunanların sayı 67, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 581, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 319 min 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 814 min 504 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 10 min 364, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 320 nəfərdir.