23 mart 2022 16:09
855

Novruzlu günlərin yadigarı

Masallı rayon 1 saylı uşaq bağçası 1939-cu ilin tikintisi olan binada yerləşirdi. 40 yerlik 2 qrupdan ibarət olan məktəbəqədər uşaq müəssisəsi   köhnəldiyi üçün yararsız hala düşmüşdü. Ötən ilin son aylarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik bağça binasının inşasına başlandı. 1 saylı uşaq bağçasının yeni binası Novruz bayramı ərəfəsində  qapılarını balacaların üzünə açdı.

Öz yaraşıqlı görkəmi ilə ətraf binalardan seçilən 1 saylı yeni uşaq   bağçası 2 mərtəbəli 1 korpusdan ibarətdir. İşiqlı otaqlarda balaca fidanların sağla boyatması üçün hər cür şərait yaradılıb. Bağça binasında məşğələ, yataq, idman, əyləncə və musiqi otaqları, kompüter kabineti, akt zalı vardır. Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz olunub.

Onu da bildirim ki, bu Novruz günlərində  bağçanın açılış mərasimində Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin Deputatları Məşhur Məmmədov, Anar İsgəndərov,  Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, bağçanın kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü