23 mart 2022 18:31
473

Ölkəmizdə 38 nəfər koronavirusa yoluxub, 101

Ötən gün ölkəmizdə aparılan 2 min 695 test nəticəsində məlum olub ki, 38 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 791 min 583-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 4 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 670 nəfər təşkil edib.

Daha 101 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 781 303-ə yüksəlib.