23 mart 2022 18:36
699

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 6 min 999 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, “buster” doza ilə peyvənd olunanların sayı 5 min 542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 343 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 375 min 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 319 min 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 815 min 285 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 15 min 906, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 663 nəfərdir.