Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 23 mart 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən Dövlət Musiqi və Balet Mərkəzində Bolqarıstanın Kırcalı şəhəri Teatr-Musiqi Mərkəzinin səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən "İki sahil"ə verilən xəbərə görə, təqdimatında Bolqarıstan Respublikasının hökumət nümayəndələri, parlament üzvləri, tanınmış ictimai-siyasi nümayəndələr, diplomatik nümayəndəliklərin rəhbərləri, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri və Bolqarıstanda yaşayan Azərbaycan diasporu üzvləri iştirak ediblər.