Bu ilin payızında Soçidə keçirilməsi planlaşdırılan açıq Rusiya festivalı olan "Kinotavr" təxirə salınıb.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə festivalın komissiyasının prezidenti rejissor Aleksandr Rodnyanski bildirib.
Onun sözlərinə görə, bu addıma səbəb hazırkı siyasi hadisələr olub.
Qeyd edək ki, "Kinotavr" festivalı ardıcıl iki il koronavirus pandemiyası ilə əlaqədar olaraq biznes forum formatında keçirilib. Bu il isə festivalın yenidən Soçidə keçirilməsi planlaşdırılırdı.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu