Əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbiləşib.
“İki sahil” xəbər verir ki, həmin an lentə aldığı görüntünü müğənni instaqram hesabında paylaşıb.
"İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur görəsən?" deyə, Sevda bildirib.
Qeyd edək ki, İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə olub. O, "Ağlıma bir ad gəlir" mahnısını oxuyub.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu