26 mart 2022 12:35
1001

“Ərkivan şəhidləri” filminin təqdimatı - FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsi Birinci və İkinci Qarabağ Müharibələrində Vətən torpaqların azadlığı uğrunda 22 igid oğlunu şəhid verib. Bu Vətən sevdalıların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq üçün Masallı prodakşin “Ərkivan şəhidləri” adlı sənədli filim çəkmişdir. Bu filim prodakşinin vətənpərvərlik mövzusunda istehsal etdiyi ikinci ekran əsəridir. Onu da deyim ki, birinci sənədli filmi “Zəfər yolu” adlanır.

İdeya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə olan “Ərkivan şəhidləri” filmin təqdimatı keçirilib. Təqdimat Ərkivan qəsəbəsində yerləşən “Grand” İstirahət və Əyləncə Mərkəzində baş tutubdur. Filmin premyerasında şəhid ailələri, müharibə veteranları , ziyalılar, ictimaiyyət, eləcə media nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılandan sonra Masal prodakşının baş direktoru Cəfər Cəfərov bildirib ki, Vətən yolunda şəhidlik zirvəsinə ucalan ərkivanlı oğulların qəhrəmanlığını gələn nəsillərə çatdırmağı özümüzə mənəvi borc bildik. “Ərkivan şəhidləri” sənədli filmini ərsəyə gətirməklə qismən də olsa bu borcu ödəməyə çalışdıq.

Tədbirdə digər danışanlar isə filmin ərsəyə gəlməsində Masal prodakşının yaradıcı heyətinə minnətdarlıqla ediblər.
Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olunub və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü