26 mart 2022 22:07
757

İki il evdən çölə çıxmadım

"İki ildir çəkilmişəm evə, heç yerə getmirdim. Bağda oturdum ki, koronavirus məni tapmasın. Amma gəldi tapdı".

“İki sahil” xəbər verir ki, bu sözləri aşıq Ulduz Sönməz "Zaurla Günaydın" proqramında deyib. İfaçı bildirib ki, pandemiyaya görə heç bir yerə getmədiyini deyib.

Aşıq aparıcı Zaur Baxşəliyevin "Bəs, necə dolanırsan" sualına "Toylara getmirəm. Prezident təqaüdü alıram, müəlliməm. Nə edim, dünyanı düzəldəcəm? Olanım bəsimdir" cavabını verib.