29 mart 2022 10:51
691

Avropada qazın qiyməti 1 200 dollardan yuxarı səviyyədə qərarlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 240 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, 28 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 238,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,5% çoxdur.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.