29 mart 2022 13:12
791

Banklar valyuta hərracında 105 milyon dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 105 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (17 mart 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 35% artıb.