Azərbaycanda hidrogen istehsalı ilə bağlı tədbirlər nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov deyib.
Onun sözlərinə görə, ölkənin 2050-ci ilədək uzunmüddətli enerji strategiyasının layihəsi hazırlanır.
"Hidrogenin gələcəkdə yanacaq kimi istifadəsi üçün istehsalı, hətta onun ixracı belə müzakirə olunur", - deyə F. Qurbanov qeyd edib.