29 mart 2022 17:23
801

Azərbaycanın sığorta bazarı 11% artıb, zərərlilik kəskin azalıb

Bu ilin yanvar-fevral aylarında ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 178,307 mln. manat sığorta haqqı toplanıb.

"İki sahil"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici illik müqayisədə 11,1% çoxdur.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 38,936 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 2,6 dəfə azdır.

Beləliklə, sektor üzrə zərərlilik 21,84% təşkil edib. Bu illik müqayisədə 40,60% azdır.