30 mart 2022 14:11
1105

Avropada qaz kəskin bahalaşıb -  YENİLƏNİB

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 400 ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, 30 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 411,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14,4% çoxdur.

XXX

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 210 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, 29 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,9% çoxdur.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.