30 mart 2022 15:05
632

Azərbaycan ümumi elektrik enerjisi istehsalının 80%-ni istifadə edir

Azərbaycanın elektrik enerjisinin ümumi istehsal gücü 7 GVt-dan çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov qlobal çağırışların müzakirəsinə həsr olunmuş beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, sözügedən həcmin 80%-i ölkə tərəfindən istehlak olunur, qalan 20%-i isə ixraca yönəldilir.

E. Soltanov onu da qeyd edib ki, Azərbaycanda istehsal olunan elektrik enerjisinin təxminən 94%-i təbii qaz hesabına əldə olunur.