30 mart 2022 17:40
589

Tərəf müqabili oldular

Türkiyəli aktrisa İlayda Alişanın yeni layihəsi bəlli olub.

“İki sahil” xəbər verir ki, aktrisa “Bir yaz dizisi” adlı serialda baş rollardan birini ifa edəcək. Ekran işində İlaydanın tərəf müqabili isə Burak Yörük olacaq.

Layihə "Kanal D"də yayımlanacaq. Digər aktyorların kimliyi və yayım tarixi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, İlayda sonuncu dəfə "Kırmızı oda" serialında rol alıb. Burak isə son olaraq "Baraj" və "Aşk mantık intikam" layihələrində ekranda görünüb.