31 mart 2022 09:58
486

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,71% azalaraq 1 925,3 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,6% azalaraq 24,71 dollar təşkil edib.