Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova "Xəzər TV"də veriliş aparacaq.
“İki sahil” xəbər verir ki, "Xəzər axşamı" adlanan veriliş yaxın günlərdə efirə veriləcək. Sözügedən proqram bundan əvvəl müğənni Günel Zeynalova üçün nəzərdə tutulub.
Hətta Günel bunla bağlı özü açıqlama vermişdi. O, yaxın günlərdə tamaşaçı qarşısına aparıcı kimi çıxacağını bildirmişdi.
Telekanalla ifaçı arasında razılıq olmayıb və proqram K.Kərimovaya təklif edilib.
Qeyd edək ki, Afaq Gəncəli də bir müddət əvvəl "Xəzər TV"də gecə şousu aparacağını açıqlamışdı.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu