31 mart 2022 14:43
583

Türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimi olub

Martın 30-da həmçinin geniş ictimaiyyətin iştirakı ilə “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi baş tutub.

“İki sahil” xəbər verir ki,  tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri təmsil ediblər.

Mərasimdə, həmçinin Türkmənistanın Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstanın İstanbuldakı Baş konsulu Laszlo Keller, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, TÜRKSOY Baş katibliyinə namizəd Sultanbay Raev, TÜRKPA Baş katibi Mehmet Sureyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, Türk Dövlətləri Təşkilatının Ankaradakı səfirləri də olub.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəngarəng çıxışı dərin maraqla qarşılanıb.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası martın 31-də Bursa şəhərində keçiriləcək.