Bu ilin yanvar-fevral ayında Azərbaycan 20,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 40,7% azalıb.
Qeyd edək ki, təkcə fevral ayında isə 13 mln. dollarlıq qızıl ixrac olunub, bu da ötən ilin eyni ayı ilə müqayisədə 47,4% azdır.