Avropa Yayım Birliyi (EBU) bu gün baş tutan iclasında "Avroviziya"nın səsvermə sistemində dəyişiklik etməyə qərar verib.
“İki sahil” xəbər verir ki, bu haqda "12xal.com" məlumat yayıb. Bildirilib ki, 85% səs çoxluğu ilə qəbul olunan qərarda aşağıdakı qeyd edilib:
"Müsabiqədə münsif səsləri kimi təqdim olunan xallarda maksimal xal 12-dən 15-ə yüksəlsin. Daha öncə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 kimi olan səsvermə sistemi, 2022-ci ildən etibarən baş tutan bütün "Avroviziya" tədbirlərində 1, 2, 3, 4, 5, 7, 9, 11, 13, 15 kimi olacaq.
İllərdir öyrəşdiyimiz məşhur “12 xal” ifadəsini “15 xal” kimi səsləndirmək sizin kimi bizə də ürküdücü gəlmədi deyil. Nəticədə bloqumuz da həmin məşhur ifadənin adı altında fəaliyyət göstərir".
Qeyd edək ki, bu il yarışmada Azərbaycanlı Nadir Rüstəmli "Fade to black" mahnısı ilə təmsil edəcək.