02 aprel 2022 13:08
1393

Rəşad Nəbiyev Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 4-də Gürcüstana rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, nazir Gürcüstanda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.