Əlcəzairin “Əl Hərir” portalında Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə material yayımlanıb.
“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın xəbərinə istinadla yayımlanan materialda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb.
Xəbərdə qeyd olunub ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun sədrlik etdiyi iclasda türk dünyasının mədəni əlaqələrinin inkişafına dair mühüm qərarlar da qəbul edilib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu