Transmilli avtomobil istehsalçısı "Ford Motor" ABŞ-da 737 287 avtomobilini geri çağırıb.
"İki sahil"in "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkət yağ sızması və avtomobilin dayanmasına mane olan proqram təminatında xəta yarada biləcək hissəyə görə sözügedən nəqliyyat vasitələrini geri çağırıb.
Avtomobil istehsalçısı buraxılış ili 2020-2022-ci illər olan 345 451 ədəd "Escape", eləcə mühərrikinin həcmi 1 500 kub sm və buraxılış ili 2021-2022-ci illər olan "Bronco Sport" modellərini də geri çağırıb. Bundan əlavə, 391 836 ədəd 2021-2022-ci illərdə buraxılan F-150, "Maverick", "Expedition", "Lincoln avigator", F-250, F-350, F-450 və F-550 modelləri geri çağırılıb.