Avropa İttifaqının öz nefti yoxdur, təbii qazı da azdır və buna görə də, o, bərpa olunan enerjini inkişaf etdirməlidir.
"İki sahil”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans Avropa Parlamentində deyib.
Onun sözlərinə görə, Aİ enerji transformasiyasını (ənənəvi enerji mənbələrində tədricə imtina edilməsini nəzərdə tutur – red.) sürətləndirməlidir.
"Bizim öz neftimiz yoxdur, öz qazımız çox azdır. Əlbəttə ki, artıq çox uzun müddət kömürə arxalana bilmərik. Öz enerjimizə sahib olmaq üçün yeganə həll yolu bərpa olunan enerjiyə sahib olmaqdır", - F. Timmermans qeyd edib.